İşsizlərin NƏZƏRİNƏ: Bankdan bu yolla kredit götürə bilərsinizbackend

İşsizlərin NƏZƏRİNƏ: Bankdan bu yolla kredit götürə bilərsiniz

Maliyyə çətinliyi yaşayan, lakin rəsmi iş yeri olmayan şəxsləri ən çox maraqlandıran suallardan biri də kredit götürə bilib-bilməyəcəkləri ilə bağlıdır. Mövcud qanunvericiliyə görə, bank və kredit təşkilatları borcalanın mütləq rəsmi gəlirinin olmasını tələb edir. Maraqlıdır, işsizlər necə kredit götürə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib ki, hazırda Azərbaycanda işsiz şəxslərin banklardan kredit götürməsi demək olar ki, mümkün deyil.

Hüquqşünas Əkrəm Həsənov bank və vətəndaş münasibətlərindən danışıb

“Mövcud qanunvericiliyə görə, kredit almaq üçün borcalanın rəsmi aylıq gəliri olmalıdır. Bu gəlir əməkhaqqı formasında olmasa da, məsələn, özəl mənzilini icarəyə verən şəxsin rəsmi şəkildə qeydiyyata alınmış gəliri də nəzərə alınır. Əgər şəxsin heç bir rəsmi gəliri yoxdursa və qeyri-rəsmi məvaciblə dolanırsa, bu halda yalnız bank olmayan kredit təşkilatlarına (BOKT) və ya lombardlara müraciət edə bilər. Lakin burada da kredit götürmək üçün müəyyən şərtlər, girov, zamin və gəlir mənbəyinin əsaslandırılması tələb olunur”.

İqtisadçı qeyd edib ki, kredit bazarında faiz dərəcələri isə kreditin əldə olunma çətinliyinə görə dəyişir.

“Ən aşağı faizlər banklarda təklif olunur. Bank olmayan kredit təşkilatlarında faizlər nisbətən yüksəkdir. Ən yüksək faiz dərəcələri isə lombardlarda tətbiq edilir. Odur ki, rəsmi gəlir olmadan kredit götürmək risklidir və bu səbəbdən də kredit verən qurumlar daha sərt şərtlər tətbiq edirlər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*