İşsizlərin NƏZƏRİNƏ: Bankdan bu yolla kredit götürə bilərsinizbackend

İşsizlərin NƏZƏRİNƏ: Bankdan bu yolla kredit götürə bilərsiniz

Maliyyə çətinliyi yaşayan, lakin rəsmi iş yeri olmayan şəxsləri ən çox maraqlandıran suallardan biri də kredit götürə bilib-bilməyəcəkləri ilə bağlıdır. Mövcud qanunvericiliyə görə, bank və kredit təşkilatları borcalanın mütləq rəsmi gəlirinin olmasını tələb edir. Maraqlıdır, işsizlər necə kredit götürə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib ki, hazırda Azərbaycanda işsiz şəxslərin banklardan kredit götürməsi demək olar ki, mümkün deyil.

Hüquqşünas Əkrəm Həsənov bank və vətəndaş münasibətlərindən danışıb

“Mövcud qanunvericiliyə görə, kredit almaq üçün borcalanın rəsmi aylıq gəliri olmalıdır. Bu gəlir əməkhaqqı formasında olmasa da, məsələn, özəl mənzilini icarəyə verən şəxsin rəsmi şəkildə qeydiyyata alınmış gəliri də nəzərə alınır. Əgər şəxsin heç bir rəsmi gəliri yoxdursa və qeyri-rəsmi məvaciblə dolanırsa, bu halda yalnız bank olmayan kredit təşkilatlarına (BOKT) və ya lombardlara müraciət edə bilər. Lakin burada da kredit götürmək üçün müəyyən şərtlər, girov, zamin və gəlir mənbəyinin əsaslandırılması tələb olunur”.

İqtisadçı qeyd edib ki, kredit bazarında faiz dərəcələri isə kreditin əldə olunma çətinliyinə görə dəyişir.

“Ən aşağı faizlər banklarda təklif olunur. Bank olmayan kredit təşkilatlarında faizlər nisbətən yüksəkdir. Ən yüksək faiz dərəcələri isə lombardlarda tətbiq edilir. Odur ki, rəsmi gəlir olmadan kredit götürmək risklidir və bu səbəbdən də kredit verən qurumlar daha sərt şərtlər tətbiq edirlər”.

Aynurə İsmayıl

KONKRET.az

  • Babək
    İyun 14, 2025 - 13:20

    Salam mənim hazırda tamkart kredit kartım vardır lakin 2dəfə avromabil qəzası kecirdiyimə görə adıma 80gün gecikmə düşüb lakin hansi banka müraciyyət edirəm deyirlərki gecikmən var mövcud kredit ayıra bilmərik
    Zəhmət olmasa mənə dəsdək olardınız bu mövzuda 2000 manatlıq kreditmi bağlayardim ki daha cox gecikmə düşməsin.
    Bu mövzuda inaniram ki mənə dəsdək olarsınız
    Təşəkkürlər öncədən

    • Səməd Əzimov
      İyun 15, 2025 - 09:39

      Salam siz gedib kreditkarti aylıqa boldurub ödəyə bilərsiz yani necə kredit götürsen aylıq ödəyirsə onda hələ boldur götür ödə

  • Famil
    İyun 15, 2025 - 22:34

    Nefcala

  • Bilal
    İyun 16, 2025 - 02:22

    Men tesarfadnan mesqulam

  • İsmayıl
    İyun 18, 2025 - 10:21

    Mənim adıma kredit düşmür hara yaxınlaşıram deyir iş yerin fiziki şəxsin adına olduğu üçün sənə sene kredit düşmür

  • Ağayev Ağabəy
    İyun 19, 2025 - 19:04

    Mənim adımda gecikme var işim ilə bağlı oldu iş dayandı ödəyə bilmedim karantin vaxtlarına düşdüyü üçün indi mən sizdən kredit götürmə şansım var ya yox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*