İstanbul danışıqlarında Rusiya Ukraynadan bunları TƏLƏB EDİB – SENSASİON DETALLARbackend

İstanbul danışıqlarında Rusiya Ukraynadan bunları TƏLƏB EDİB - SENSASİON DETALLAR

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İstanbulda keçirilən danışıqlar zamanı Rusiya nümayəndələrinin Ukraynadan dörd vilayətin və hərbi sənayenin tamamilə təslim edilməsini tələb etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, Podolyak qeyd edib ki, Rusiya nümayəndəliyinin rəhbəri Vladimir Medinski kağızdan oxuduğu tələblərdə Ukraynanın nəinki hazırda işğal altında olan, hətta Rusiya ordusunun nəzarət etmədiyi Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin digər hissələrini də təhvil verməsini istəyib. Bundan başqa, Rusiya Ukraynanın hərbi ittifaqlardan uzaq durmasını, hərbi sənayesindən imtina etməsini və Qərbdən silah almamasını tələb edib.

Podolyakın sözlərinə görə, Rusiya İstanbul danışıqlarında heç bir atəşkəs formulu təqdim etməyib və məqsəd sadəcə vaxt udmaq olub. O əlavə edib ki, 2022-ci ildən bu yana Rusiya tərəfinin davranışları dəyişməyib – yenə də təkəbbürlü və sərt mövqe nümayiş etdirirlər.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*