İstanbulda dəhşətli yanğın: 18 saatdır söndürmək olmurbackend

İstanbulda dəhşətli yanğın: 18 saatdır söndürmək olmur

İstanbulun qərbində fabrikdə baş verən güclü yanğını 18 saatdan çoxdur ki, söndürmək olmur.

KONKRET.az xəbər verir ki, bu barədə TRT məlumat verib.

Məlumata görə, yanğının tüstüsü dünən Çempionlar Liqasının finalının keçirildiyi Atatürk stadionundan görünüb.

Yanğın stadionun yaxınlığındakı İkitelli sənaye zonasında altımərtəbəli fabrikin üst mərtəbəsini əhatə edib. Təxminən min kvadratmetr sahəsi olan binada naməlum səbəbdən plastik və kağız məmulatları yanıb. Binada qalan əcnəbi işçiləri xilas etmək mümkün olub.

Yanğın nəticəsində binanın bir hissəsi dağılıb, yanğın azı dörd mərtəbəni əhatə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*