İstanbulda İran üçün TARİXİ GÖRÜŞ – Nələr baş verəcək?backend

İstanbulda İran üçün TARİXİ GÖRÜŞ - Nələr baş verəcək?

İngiltərə, Fransa və Almaniyadan ibarət E3 qrupu İranla nüvə proqramı və sanksiyaların ləğvi məsələlərini müzakirə etmək üçün mayın 16-da İstanbulda görüşəcək. Xarici işlər naziri müavinləri səviyyəsində keçiriləcək görüşün əsas mövzusu Tehranın nüvə fəaliyyətləri olacaq.

KONKRET.az xəbər verir ki, görüş, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə davam edən danışıqlardan ayrı keçiriləcək.

İran ABŞ-ın birtərəfli sanksiyalarının ləğvi qarşılığında nüvə proqramını məhdudlaşdırmağa hazır olduğunu bildirib. Avropa ölkələri isə bu ikitərəfli danışıqlara daxil edilmir.

Qeyd edək ki, E3 və İran arasında mayın 2-də Romada nəzərdə tutulan görüş ABŞ-İran danışıqlarının təxirə salınması səbəbilə ləğv edilmişdi.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*