İstanbulda kabus bitmir: Növbəti zəhərlənmə – ölən varbackend

İstanbulda kabus bitmir: Növbəti zəhərlənmə - ölən var

Türkiyədə Mərmərə dənizində Panama bayraqlı yük gəmisində baş verən zəhərlənmə hadisəsi faciə ilə nəticələnib. İlkin məlumata görə, hadisənin gəmiyə məxsus soyuq tankerdəki sızmadan qaynaqlandığı ehtimal edilir. Zəhərlənən üç heyət üzvündən biri – Rusiyadan olan dənizçi – həyatını itirib, iki nəfər isə nəzarətə götürülüb. Gəmidə təxliyə işləri davam edir.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, hadisə 19 noyabr 2025-ci il tarixində “Swanlake” adlı Panama bayraqlı tankerdə qeydə alınıb. İlkin araşdırmalara əsasən, zəhərlənmənin səbəbi soyuq tankda baş verən kimyəvi sızma olub.

Gəmidə ümumilikdə 13 nəfər Rusiya vətəndaşı heyət üzvü olduğu bildirilir. Qalan 10 nəfərin və yaralanan iki heyət üzvünün təxliyəsi davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*