İstanbulda Rusiya-Ukrayna masası: Liderlərin görüşü REALLAŞA BİLƏRbackend

İstanbulda Rusiya-Ukrayna masası: Liderlərin görüşü REALLAŞA BİLƏR

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.

KONKRET.az xəbər verir ki, o, bu görüşün əsas məqsədinin gələcəkdə liderlər səviyyəsində baş tuta biləcək mümkün görüşə hazırlıq olduğunu bildirib.

Fidan qeyd edib ki, danışıqlar çərçivəsində tərəflər humanitar məsələlər, xüsusilə əsir mübadiləsi ilə bağlı irəliləyiş əldə etməyə çalışacaqlar. Eyni zamanda, tərəflər atəşkəs perspektivlərini və öz mövqelərini müzakirə edəcəklər.

Nazirin sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna danışıqlarının nəticə verməsinə ümid edir və Ukrayna münaqişəsinin həlli üçün lazım olan hər şeyi etməyə hazırdır. Prezident Rəcəb Tayyib Ərdoğanın həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə daimi əlaqədə olduğu da vurğulanıb.

Fidanın çıxışından sonra danışıqlar qapalı qapılar arxasında davam edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*