İstanbuldan avtobusla gələn azərbaycanlılar Gürcüstana çatdıbackend

İstanbuldan avtobusla gələn azərbaycanlılar Gürcüstana çatdı

Hazırda İstanbul-Bakı müntəzəm reysi üzrə hərəkətdə olan sərnişinlərimiz Gürcüstanın Xaşuri şəhərinə çatıb.

Bu barədə KONKRET.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumar verib.

DANX rəsmisi qeyd edib ki, uşaqlarla mütəmadi video görüntülü əlaqə saxlanılır:

“Hamısının vəziyyəti yaxşıdır. Tranzit keçid məntəqəsindəki yoxlamada heç birinin halında ilkin koronavirus əlamətləri aşkarlanmayıb”

“Yaxınlarına bildirmək istərdim ki, sərnişinlərimiz 2 saat sonra ölkə sərhəddinə yaxınlaşacaq. Narahatlığa heç bir əsas yoxdur”,- deyə mətbuat katibi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*