İstefada olan ukraynalı general Zelenskini aşağıladı: “Putindən qorxur”backend

İstefada olan ukraynalı general Zelenskini aşağıladı: “Putindən qorxur”

“Ukraynanın Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putindən qorxur”. 
KONKRET.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Luqansk və Zakarpat vilayətlərinin kemçiş qubernatoru, general Gennadi Moskal deyib. Onun iddiasına görə, məhz bu səbəbdən Zelenski Putinlə görüşmək niyyətində deyil.
“Zelenski Putindən qorxur. O, Moskvaya getməyəcək, çoxsaylı bəhanə gətirəcək. Ümumiyyətlə, onun Putin fobiyası var”, – deyə Moskal vurğulayıb.
Generalın sözlərinə görə, Zelenskinin Putinlə Rusiyada deyil, başqa yerlərdə, məsələn, Vyanada yaxud Vatikanda görüşəcəyi də az inandırıcıdır.
“Əgər o Moskvaya getmək qərarına gəlsə, Qərbi Ukraynanı itirə bilər. Zelenski bunu yaxşı başa düşür”,  – keçmiş qubernator əlavə edib./qaynarinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*