“İstəyirəm ki, müstəqilliyimiz olsun, amma belə getsə, hər şeyi itiririk”.
KONKRET.az xəbər verir ki, bunu əli yüzlərlə azərbaycanlının qanına bulaşmış, uşaq qatili, separatçıların “komandiri” Karen Calavyan (Kyoxa) erməni mediasına müsahibəsində deyib.
O, Qarabağa “müstəqillik” istədiyini, lakin bunun baş tutmadığını bildirib.
“Müstəqil olsaydıq, məsələni həll edərdik. Biz o müstəqilliyi ordumuz vasitəsilə əldə edə bilərik. Bunu zaman göstərəcək.
İstəyirəm ki, müstəqilliyimizi qoruya bilim, ölkəmizin sərhədlərini toxunulmaz saxlaya bilim. Amma belə getsə, müstəqilliyimizi də, dövlətimizi də tamamilə itiririk”, deyə Calavyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az