Bu il bütün dünyada rekord istilik proqnozlaşdırılır. 2024-cü ilin yayı 2023-cü ildən daha isti olacaq.
KONKRET.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə “Meteo” proqnozlar mərkəzinin sinoptiki Aleksandr İlyin “Veçernyaya Moskva”ya müsahibəsində bildirib.
O qeyd edib ki, rekord istiliyin proqnozlaşdırılması elmi araşdırmalara əsaslanır.
Bundan əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand 2024-cü il aprelin sonu – may ayının ortalarında başlayaraq kəskin istilərin müşahidə olunacağını bildirib.