İsveç hakimiyyəti 13-15 yaşlı uşaqlarla bağlı QANUNDA dəyişiklik edəcəkbackend

İsveç hakimiyyəti 13-15 yaşlı uşaqlarla bağlı QANUNDA dəyişiklik edəcək

İsveç hökuməti yeniyetmələrin cinayət dəstələrinə cəlb olunması səbəbindən cinayət məsuliyyəti yaşını 15-dən 13-ə endirməyi təklif edib.

KONKRET.az xəbər verir ki, əgər qanun parlament tərəfindən qəbul edilərsə, 3 iyul 2026-cı ildən qüvvəyə minəcək. Hökumət cinayət məsuliyyəti yaşının aşağı salınmasının zəruriliyini yeniyetmələrin mütəşəkkil cinayət qruplaşmalarına cəlb olunması ilə izah edir.

“Aftonbladet” nəşrinin qeyd etdiyinə görə, 2025-ci ildə 15 yaşdan aşağı 52 yeniyetmə qətl və ya qətlə cəhdlə bağlı məhkəmə işlərinə cəlb olunub. Hazırda onlara cinayət cəzası tətbiq edilmir: cinayət törətmiş yeniyetmələr sosial xidmət orqanlarının nəzarətinə verilir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*