İsveç rəsmisi Rusiya XİN-in binasına girdi və cəmi 10 dəqiqəyə… – Nə baş verir? backend

İsveç rəsmisi Rusiya XİN-in binasına girdi və cəmi 10 dəqiqəyə... - Nə baş verir? 

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və cəmi 10 dəqiqədən sonra Xarici İşlər Nazirliyinin binasını tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Diplomat Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinə bu yaxınlarda hücuma məruz qalması – ərazisinə boya atılması ilə bağlı çağırılıb.

Səfirliyin bildirdiyinə görə, oxşar hadisələr bir ildən artıqdır ki, davam edir.

İyulun 5-də Rusiyanın Stokholmdakı səfirliyi İsveçdəki Rusiya Ticarət Nümayəndəliyinin binasına növbəti hücum barədə məlumat verib. Ticarət nümayəndəliyinin ərazisinə pilotsuz uçuş aparatından boya paketinin atıldığı dəqiqləşdirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*