İsveçdə casusluqda şübhəli bilinən diplomat öldübackend

İsveçdə casusluqda şübhəli bilinən diplomat öldü

Stokholmda casusluqda şübhəli bilinərək saxlanılan, sonra isə azadlığa buraxılan isveçli diplomat vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi xəbər verib.

“Təəssüf ki, diplomatik xidmət əməkdaşının vəfat etdiyini təsdiqləyə bilərik. Qohumlarına hörmət əlaməti olaraq əlavə təfərrüat verməyəcəyik”, – deyə bəyanda vurğulanıb.

“Expressen” qəzeti diplomatın intihar etdiyini yazıb.

Qeyd edək ki, diplomat İsveçin müxtəlif ölkələrdəki bir neçə səfirliyində işləyib. Krallığın dövlət təhlükəsizlik xidməti (SEPO) onu milli təhlükəsizlik üzrə müşavir Tobias Tiberqin istefasına aidiyyəti olmasında şübhələnirdi. İstintaqın versiyasına görə, ehtimal olunan cinayət 1-11 may tarixləri arasında törədilə bilərdi. Diplomatın evində axtarışlar aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*