“Putin və Zelenskinin görüşü yalnız bu halda mümkündür” – Peskovbackend

"Putin və Zelenskinin görüşü yalnız bu halda mümkündür" - Peskov

“Putin və Zelenskinin görüş iki ölkənin nümayəndə heyətləri arasında müəyyən razılaşmalar əldə olunarsa, mümkündür”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Prezidentlərin mümkün görüşü ilə bağlı çoxlu suallar var. Belə bir görüş yalnız nümayəndə heyətlərinin işinin nəticəsi olaraq və razılaşdırılmış sənədlər əsasında baş tuta bilər”, -deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya üçün əsas məqam bu sənədləri Ukrayna tərəfindən kimin imzalayacağıdır. “Bizim üçün ən vacib məsələ sənədləri Ukrayna tərəfdən imzalayacaq şəxsin kimliyidir”, -deyə o vurğulayıb.

Peskov həmçinin bildirib ki, Rusiya və Ukrayna atəşkəs şərtləri üzrə siyahıların mübadiləsi barədə razılığa gəliblər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*