İsveçdə Türkiyəyə qarşı növbəti TƏXRİBATbackend

İsveçdə Türkiyəyə qarşı növbəti TƏXRİBAT

Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında keçirilən nümayiş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təxribat törədilib.

KONKRET.az xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.

Oktyabrın 1-i bazar günü Türkiyə parlamenti öz işinə başlayacaq. İsveçin NATO-ya üzvlük ərizəsini ən qısa zamanda ratifikasiya edəcəyinə ümid edilir.

İsveçin NATO-ya üzv olmasının əleyhdarlarından olan Lukas Jungkvistin fikrincə, əgər onların bu hərəkəti İsveçin NATO-ya qəbul edilməməsinə kömək edirsə, deməli, onlar məqsədlərinə nail olublar.

Aksiya cümə günü, saat 13.00-da, polisin mühafizəsi altında, səfirliyin yaxınlığında baş tutub. Türkiyə bu addımı dərhal pisləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*