İsveçrə səfiri və səfirliyin əməkdaşları Tehranı tərk edərək Azərbaycana gəliblərbackend

İsveçrə səfiri və səfirliyin əməkdaşları Tehranı tərk edərək Azərbaycana gəliblər

İsveçrə İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsveçrənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, bu qərar İranda hərbi əməliyyatların intensivliyi və hökm sürən qeyri-sabit vəziyyətlə əlaqədardır.

Nazirlikdən diplomatik nümayəndəliyin bütün əməkdaşlarının Tehrandan təxliyə edildiyini də bəyan edilib:

“Səfirliyin bütün əməkdaşları İrandan təxliyə edilib. Onlar yalnız vəziyyət sabitləşdiyi halda İran ərazisinə qayıdacaqlar. Biz tərəfləri vəziyyətin sabitləşdirilməsi məqsədilə dialoqa çağırırıq”.

İsveçrə xarici işlər naziri İqnasio Kassis isə bildirib ki, bəzi əməkdaşlar səfirlə birlikdə bir qədər əvvəl Tehranı tərk edərək Azərbaycana gəliblər: “Onların ardınca daha bir qrup da Bakıya təxliyə olunub. Bu şəxslərin yaxın vaxtlarda İsveçrəyə yola düşəcəyi gözlənilir”. /APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*