İsveçrədə “Güney Azərbaycanlıların Hüquqlarını Müdafiə Təşkilatı” yaradılıb.
KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində məlumat yayıb. O, beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə Güney Azərbaycanda insanların hüquqları ilə bağlı sənədlər və məlumatlar təqdim edəcək.
“İsveçrədə “Güney Azərbaycanlıların Hüquqlarını Müdafiə Təşkilatı” yaradılıb.
Bu təşkilat Cənubi Azərbaycanda insanların hüquqları ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə sənədlər və məlumatlar təqdim edəcək”, – tvitdə deyilir.
Xuraman Etibarlı,
KONKRET.az