İşxan Saqatelyan: “Bu gün Ermənistanda mübarizə aparan insanlar Paşinyanın hədəfindədir”backend

İşxan Saqatelyan: “Bu gün Ermənistanda mübarizə aparan insanlar Paşinyanın hədəfindədir”

“Biz bu vəziyyəti qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat, Daşnaksütyun partiyasının ali orqanının üzvü İşxan Saqatelyan deyib.

“Son 4-5 il ərzində biz mübarizə aparmışıq və bunu daha böyük miqyasda davam etdirəcəyik. Sıravilərdən tutmuş rəhbərliyə qədər partiyanın üzvləri bu türkyönlü hakimiyyət orqanları tərəfindən təqib olunub və təqib olunur”, – deyən Saqatelyan təqiblərin davam edəcəyini bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistanda mübarizə aparan insanlar Ermənistan hakimiyyətinin hədəfindədir.
“Bir sadə səbəbə görə: nə qədər ki, bu insanlar, bu siyasi qüvvələr var, indiki Gənc Türk hökuməti (Paşinyan hakimiyyətini nəzərdə tutur) bütün proqramlarını başa çatdıra bilməyəcək”, – deyən müxalifətçi qeyd edib ki, partiya üzvlərini heç bir vasitə ilə susdurmaq olmaz.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*