“Biz bu vəziyyəti qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində “Ermənistan” blokundan olan deputat, Daşnaksütyun partiyasının ali orqanının üzvü İşxan Saqatelyan deyib.
“Son 4-5 il ərzində biz mübarizə aparmışıq və bunu daha böyük miqyasda davam etdirəcəyik. Sıravilərdən tutmuş rəhbərliyə qədər partiyanın üzvləri bu türkyönlü hakimiyyət orqanları tərəfindən təqib olunub və təqib olunur”, – deyən Saqatelyan təqiblərin davam edəcəyini bildirib.
Onun sözlərinə görə, bu gün Ermənistanda mübarizə aparan insanlar Ermənistan hakimiyyətinin hədəfindədir.
“Bir sadə səbəbə görə: nə qədər ki, bu insanlar, bu siyasi qüvvələr var, indiki Gənc Türk hökuməti (Paşinyan hakimiyyətini nəzərdə tutur) bütün proqramlarını başa çatdıra bilməyəcək”, – deyən müxalifətçi qeyd edib ki, partiya üzvlərini heç bir vasitə ilə susdurmaq olmaz.
Rəsmiyyə Şərifova,
KONKRET.az
