İtaliya Azərbaycanla qaz tədarükünün artırılmasını müzakirə etdibackend

İtaliya Azərbaycanla qaz tədarükünün artırılmasını müzakirə etdi

Aprelin 11-də İtaliyanın xarici işlər naziri Luici Di Mayo təbii qaz tədarükü ilə bağlı saziş imzalamaq üçün Baş nazir Mario Draqi ilə Əlcəzairə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

“Təəssüf ki, biz gecikmişik, çünki bir ölkə olaraq qaz tədarükünü çox əvvəllər şaxələndirmək lazım idi, lakin bizim dünyada çoxlu tərəfdaşlarımız və dostlarımız var”, – Luici Di Mayo bildirib.

Di Mayo qeyd edib ki, son ay yarım ərzində o, Əlcəzair, Qətər, Konqo, Mozambik, Anqola və Azərbaycanla İtaliyaya enerji tədarükünün artırılmasını müzakirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*