backend

İtaliya səfiri İran XİN-ə çağırıldı

İran İtaliyanın Tehrandakı səfiri Cüzeppe Perroneyi Xarici İşlər Nazirliyinə çağırıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İtaliya rəsmilərinin İranın daxili işləri ilə bağlı açıqlamalarıdır.

Məsələ ilə bağlı hiss edilən narahatlıq səbəbilə səfir Perroneyə nota verildiyi bildirilib.

“Bəzi İtaliya rəsmilərinin İranın daxili işlərinə müdaxilə xarakterli hərəkətləri bu ölkənin səfirinə çatdırılıb. İkitərəfli yanaşmalar İran İslam Respublikası üçün qəbuledilməzdir. Sanksiya tətbiq etmək millətin hüquqlarını pozmaqdır və bu, İran xalqının mənafeyinə ciddi zərbə vurur”, – deyə XİN-nin açıqlamasında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*