İtaliya Ukraynaya görə çətin vəziyyətə düşüb: “Bu silahlar çatışmır”backend

İtaliya Ukraynaya görə çətin vəziyyətə düşüb: "Bu silahlar çatışmır"

İtaliya silahlı qüvvələri silahların Ukraynaya ötürülməsindən sonra hava hücumundan müdafiə sistemlərinin kəskin çatışmazlığı ilə üzləşib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, bu, xüsusən də ABŞ-ın təkidi ilə Ukraynaya verilmiş Amerikanın “Stinger” zenit-raket komplekslərinə aiddir.

İtaliya Amerika istehsalçısına 800 milyon avroluq sifariş verərək ehtiyatlarını artırmağa çalışb. Lakin Bayden administrasiyası bu silahın “digər müttəfiqlər” tərəfindən daha çox sifariş verilməsini əsas gətirərək satışa veto qoyub.

Nəşr bildirir ki, İtaliyanın hərbi sənayesi qısamənzilli hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün öz proqramını işə salıb. Son üç il ərzində İtaliya doqquz paket altında Kiyevə silah ötürüb. Onların siyahısı təsnif edilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*