İtaliyada təyyarənin mühərrikinə sovrulan şəxs öldübackend

İtaliyada təyyarənin mühərrikinə sovrulan şəxs öldü

İtaliyanın Milan-Berqamo beynəlxalq hava limanı bağlanıb, bütün reyslər təxirə salınıb.

KONKRET.az xəbər verir ki, buna uçuş-enmə zolağında baş verən bədbəxt hadisə səbəb olub.

Hava limanının ərazisinə hərəkət edən təyyarənin qarşısına çıxan naməlum şəxs hava gəmisinin mühərrikinə sorulub.

İddialara görə, 35 yaşlı kişi baqaj qəbulu sahəsindəki qapılardan birini sındırıb, sonra uçuş-enmə zolağına çıxıb və təyyarə qalxmağa hazırlaşarkən onun yoluna keçib, bu vaxt mühərrik onu sorub. Həmin şəxsin niyə belə etməsi və şəxsiyyəti məlum deyil.

Bu hadisədən sonra təyyarə idarəetməni itirsə də, pilot vaxtında təyyarəni saxlamağı bacarıb. Təyyarə uçuşa qalxa bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*