İtaliyalı hərbi ekspert Qarabağ ermənilərinə: “Hər şey bitdi! Təslim olun!”backend

İtaliyalı hərbi ekspert Qarabağ ermənilərinə: “Hər şey bitdi! Təslim olun!

İtaliyalı hərbi ekspert Tomas Teyner Qarabağ ermənilərinə təslim olmağı məsləhət görüb.

KONKRET.az xəbər verir ki, bu barədə ekspert “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“2020-ci ilin sentyabrında üç gündən sonra dedim ki, Ermənistan Qarabağda müharibəni uduzdu. 2022-ci ilin martında, yeddi gün sonra dedim ki, Rusiya Ukraynadakı müharibəni uduzdu. 2023-cü ilin sentyabrında 20 dəqiqəlik döyüşdən sonra deyirəm ki, Qarabağ erməniləri müharibəni uduzdular. Hər şey bitdi. Təslim olun!”, – Teyner yazıb./Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*