İtkin düşən alimin həyat yoldaşı: “Axtarış hələ başlamayıb”backend

İtkin düşən alimin həyat yoldaşı: "Axtarış hələ başlamayıb"

Gənc alimlər Elnur Nəciyev və Emil Cəbrayılovun axtarışı hələ başlamayıb.

KONKRET.az xəbər verir ki, Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva son durum barədə KİV-ə açıqlama verib.

Günay Nəciyeva bildirib: “Şahdağ Milli Parkının direktoru Nizaməddin Tağıyev mənə məlumat verib ki, 7 xilasedici yola çıxıb, amma hava şəraitinin sərtliyinə görə səhər axtarışa başlayacaqlar, ikinci qrup isə səhər axtarışa qoşulacaq.

E.Nəciyev və E.Cəbrayılov kritik durumdadır, onlar dərədədir, çadır qura bilmir və hərəkət də edə bilmirlər. Koordinat məlumdur: onlar sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Çox xahiş edirik ki, peşəkar xilasedicilər kütləvi axtarışa cəlb edilsinlər”.

Qeyd edək ki, Fövqəladə Hallar, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri açıqlayıb ki, artıq alimlərin təxliyəsi başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*