Ötən gün səhər saatlarında balıq tutmaq üçün dənizə gedən Lənkəran rayonunun Siyavar kənd sakinləri geri qayıtmayıblar.
KONKRET.az teleqraf.com-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun ailələri onların tapılması üçün polisə müraciət ediblər.
Hazırda Sahil Mühafizə Hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.
Qeyd edək ki, hər iki şəxs uzun müddətdir balıqçılıqla məşğuldurlar.