Ötən gündən etibarən bir sıra mətbu orqanlarda 2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin qalıqlarının tapılması haqqında məlumatlar yayılır.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, itkin şəxsin qalıqlarının tapılması həqiqətə uyğun deyil.
Qeyd edək ki, bir sıra saytların verdiyi xəbərə görə, Rasim guya qətlə yetirilib və cinayəti törətməkdə şübhəli bilinən şəxslər isə polis tərəfindən saxlanılıblar.