​​​​​İtmiş və korlanmış sənədləri yenidən almaq olarmı? – Rəsmi CAVABbackend

​​​​​İtmiş və korlanmış sənədləri yenidən almaq olarmı? - Rəsmi CAVAB

Keçmiş SSR-i dövründə və müstəqilliyin ilk illərində verilən bəzi sənədlərdən istifadə mümkün olmur. Buna müəyyən səbəblər maneə yaradır – sənədin itməsi, yazılırın oxunmaması, müəyyən hissələrin doldurulmaması və s. Bura doğum haqqında şəhadətnamə, nikahla bağlı sənədlər, notoriata aid alqı-satqı, əsasən də əlilliyin müəyyən edilməsi ilə bağlı sənədlər aid edilə bilər.

KONKRET.az xəbər verir ki,adı çəkilən sənədlərin verilməsi üzərindən uzun illər keçibsə və müasir dövrdə müxtəlif qurumlar tərəfindən həmin sənədlər qəbul olunmursa, bu hal ilə qarşılaşan insanlar nə etməlidir?

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, doğum haqqında şəhadətnamə, nikaha kağızı, notoriata aid alqı-satqı və bu kimi sənədlərin bərpası mümkündür. dirnaq modelleri

“İtirilmiş və ya korlanmış sənədin kötüyü, yəni arxivdə saxlanılan akt qeydi mövcuddursa, sənədin təkrarını almaq mümkün olacaq. Bu problemlə qarşılaşan şəxslər şəxsiyyət vəsiqəsi ilə istənilən qeydiyyat şöbəsinə müraciət edə bilərlər”.

Əlliliyin qiymətləndirilməsi ilə bağlı sənədlərin bərpası haqqında danışan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır.

“Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən tərtib edilən forma 88 (göndəriş) elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. Əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada həyata keçirildiyi üçün əlillik təyin edilmiş şəxsin məlumatları da birbaşa elektron reyestrə daxil edilir. Bu səbəbdən əlilliyi olan şəxslərin kağız daşıyıcıya və ya hər hansı təsdiqedici sənədə ehtiyacları yoxdur”.

“Birinci Qarabağ müharibəsində, yəni 30 il əvvəl əlliliyi təyin edilən şəxslərin məlumatları da birbaşa reyestrə daxil edilib və əlliliyin dərəcəsi kimi məlumatlar sistemdə göstərilir” – deyə DTSERA-nın rəsmisi bildirib.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*