İTV-nin binası köçürülür? – Balaş Qasımovdan AÇIQLAMAbackend

İTV-nin binası köçürülür? -  AÇIQLAMA

Son günlərdə İctimai televiziyanın öz binasından köçürüləcəyi ilə bağlı iddialar yayılıb. Yayılan iddialarda bildirilir ki, bina böyük tikinti şirkətlərindən birinə məxsusdur və bu səbəbdən televiziyanın başqa yerə köçürüləcəyi qeyd edilib. Bildirilib ki, hətta tikinti şirkətinin nümayəndələri televiziya binasına gedərək rəsmi şəxslərlə görüşüblər.

KONKRET.az xəbər verir ki, manset.az məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balaş Qasımovla əlaqə saxlayıb. O, açıqlamasında İctima televiziyanın binasını heç bir tikinti şirkətinə aid olmadığını bildirib:

“Bura Azon zavodunun binası olub. Heç bir tikinti şirkətinə aid deyil. Deməli bu “fake” məlumatdır. Belə bir məlumat olsa belə, mənim bu barədə xəbərim yoxdur”.

Qeyd edək ki, İctimai Televiziya 2005-ci ildə yaradılıb və yarandığı vaxtdan etibarən hazırkı binasında fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*