Xəbər verdiyimiz kimi, ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-də başa çatıb.
KONKRET.az xəbər verir ki, statistikaya görə, ümumilikdə 70301 abituriyent ixtisas seçimi edib.
İxtisas seçənlərin sayı belədir:
- I qrupda – 21750 nəfər;
- II qrupda – 16323 nəfər;
- III qrupda – 19773 nəfər;
- IV qrupda – 5774 nəfər;
- V qrupda – 9726 nəfər.
Builki plan yerləri aşağıdakı rəqəmlərlə əks olunub:
- I qrup üzrə plan yeri – 18386;
- II qrup üzrə plan yeri – 13285;
- III qrup üzrə plan yeri – 16067;
- IV qrup üzrə plan yeri 4100.
Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri bu həftənin sonuna kimi elan olunacaq.