Türkiyənin İzmir vilayətində zibillikdə başlayan yanğın meşəlik əraziyə keçib.
KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, əraziyə 6 təyyarə, 5 helikopter və 25 yanğınsöndürən maşın, eləcə də digər lazımi texnika cəlb olunaraq yanğının yayılmasının qarşısı alınıb.
Yanğının sahibkarın əraziyə yaxın yerdə sənaye tullantılarını yandırmasından sonra yayıldığı bildirilir.