İzmirdə meşəni 3 nəfər yandırıb – Polis onları axtarırbackend

İzmirdə meşəni 3 nəfər yandırıb - Polis onları axtarır

Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı İzmirin Karşıyaka rayonunda qeydə alınan yanğının piknikdə olan 3 nəfər tərəfindən törədildiyinii bildirib.

KONKRET.az xəbər verir ki, yanğınla bağlı İzmirə səfər edən Yumaklı  Seyirtəpə bölgəsində verdiyi açıqlamada deyib ki, dünən Türkiyə daxilində 72 yanğın baş verib, onlardan 45-i nəzarət altına alınıb, 27-nin söndürülməsi davam edir.

O qeyd edib ki, dünən yerli vaxtla saat 10:14-də Karşıyakada növbəti yanğın olub:

“Hər iki yanğın meşə ərazisində başlayıb. Təəssüf ki, səbəb piknikdə olan 3 nəfərin başlatdığı yanğındır. Bir-birinə yaxın olan bu yanğınların söndürülməsinə 5 təyyarə, 14 helikopter, 70 yerüstü texnika və 445 canlı qüvvə cəlb etdik”.

Türkiyə mətbuatı bildirir ki, yanğına görə məsuliyyət daşıyanların axtarışları davam edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*