Jan-Klod Van Damm Ukraynaya səfər etdi – FOTObackend

Jan-Klod Van Damm Ukraynaya səfər etdi - FOTO

Jan-Klod Van Damm Ukraynanın qərbində, Zakarpatye vilayətinin Ujqorod şəhərində olub. Daha dəqiq, şəhərdəki özəl klinikalardan birinə baş çəkib.

KONKRET.az-ın məlumatına görə, ABŞ-ın və Hollivudun məşhur aktyoru ilə fotonu həmin klinikanın həkimi dərc edib.

Bildirilib ki, Jan-Klod Van Damm iki il öncə çəkiliş üçün Ukrayna paytaxtı Kiyevdə olub. Hollivud ulduzu uzun illərdir ukraynalı xanım Alena Kaverina ilə dostluq əlaqəsi saxlayır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*