Jirinovski rusları qəzəbləndirdi: “Övladlarınızı müharibəyə göndərməkdən qorxmayın” – VİDEObackend

Jirinovski rusları qəzəbləndirdi: "Övladlarınızı müharibəyə göndərməkdən qorxmayın" - VİDEO

Jirinovski növbəti çıxışı ilə hər kəsi, xüsusən də rusları qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, LDPR lideri Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosunda qonaq olarkən cəfəng fikirlər söyləyib. O, rusları uşaqlarının Ukrayna ilə müharibədə iştirakından (və onların mümkün ölümlərindən) narahat olmamağa çağırıb.

“Müharibəyə kimin övladının getməsinin əhəmiyyəti yoxdur. Orduda yarım milyonumuz var, onu 5 milyona çatdıra bilərik, hamı – istənilən məmur və rəislərin uşaqları da orada olacaq. Ona görə də kimin övladının gedəcəyindən qorxmağa lazım deyil. Mən sizə zəmanət verə bilərəm ki, sizin övladlarınız heç yerə getməyəcək”, – LDPR lideri izah edib.

Jirinovski  hərbi əməliyyatların başlayacağı təqdirdə mülki əhali arasında hər hansı tələfat və dağıntı olmayacağını, bunların hamısın yalnız düşmən ərazisində olacaqğını deyib.

“Təbii ki, dağıntılar olacaq. Amma bizim ərazidə deyil. Bütün dağıntılar düşmən ərazisində olacaq. Ona görə də bu gün bu ölkələrin – Ukrayna, Polşa, Baltikyanı ölkələr və digərlərinin vətəndaşları öz hökumətlərindən Moskvanın tələblərini yerinə yetirməyi tələb edə bilərlər”, -o bildirib.

Ruslar gözəl başa düşürlər ki, qoca Jirinovski onları sakitləşdirməyə, övladlarını ordudan yayındırmamağa çalışır. Nə qədər də inkişaf etmiş texnika olsa belə, münaqişə tərəflərinin hər birindən canlı itki olacaq və bunun hansı tərəfdə olmasından asılı olmayaraq yenə həyatını itirən gənclər, oğullar, atalar, qardaşlar olacaq. Bunu təəssüf hissi keçirmədən söyləyən Jirinovski isə rusların qəzəbindən qurtarmayacaq.

Jirinovskinin həmin çıxışını təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*