Rusiya Liberal Demokrat Partiyasının qurucusu və keçmiş sədri Vladimir Jirinovski sərvətinin yalnız 20 faizini övladlarına qoyub.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının keçmiş deputatı və LDPR fraksiyasının keçmiş üzvü Vasili Vlasov deyib.
Vlasov əlavə olaraq bildirib ki, Volfoviç sərvətinin on faizini LDPR-nin birinci rəhbəri tərəfindən yaradılan Dünya Sivilizasiyaları İnstitutuna vəsiyyət edib.
“Jirinovski öz vəsiyyətinə görə vəsaitinin 70%-ni partiyaya qoyub”, – deyə Vlasov siyasətçinin sərvətinin qalan hissəsinin sahibini açıqlayıb.
Beləliklə, Vladimir Jirinovskinin üç övladının hər biri siyasətçinin sərvətinin yalnız 6,6 faizini almaq hüququna malikdir.
Vlasov partiyanın Jirinovskidən təxminən iki milyard rubl aldığını da bildirib. Keçmiş LDPR sədri Vladimir Jirinovski 6 aprel 2022-ci ildə koronavirusa yoluxduqdan və iki aydan çox müalicədən sonra vəfat edib. Onun 75 yaşı var idi.
Vəli Həsənov,
KONKRET.az