Josep Borrell ofisinin şüşələrini sındıran nümayişçiləri qınadıbackend

Josep Borrell ofisinin şüşələrini sındıran nümayişçiləri qınadı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətinin binasında şüşələri sındıran sanitar məhdudiyyətlərə qarşı dinc nümayişin iştirakçılarını kəskin şəkildə pisləyib.

KONKRET.az xəbər verir ki, Borrell bununla bağlı bəyanatını tviterdə yayıb.

“Mən Brüsseldəki nümayişlərdə Xarici Xidmət binamıza qarşı həyata keçirilən mənasız dağıntıları və zorakılığı qətiyyətlə pisləyirəm”, – o yazıb.

Təşkilatçıların sözlərinə görə, bazar günü axşam saatlarında COVID-19 məhdudiyyətlərinə qarşı keçirilən etiraz aksiyası Brüsselin Avrokvartalında talanlarla başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*