“Mülki müqavilə” partiyasının idarə heyətinin sədri Nikol Paşinyanla görüş fraksiyasının deputatları üçün əsl sınaq və başağrısına çevrilir”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Joxovurd” yazır.
Nəşrin məlumatına görə, hakim fraksiya deputatları hər dəfə Nikol Paşinyanla görüşə gələndə baş nazirin təhlükəsizlik xidmətinin əməkdaşları onlardan telefonlarını və smart saatlarını təhvil vermələrini tələb edir. Çox güman ki, Paşinyan o qədər qorxur ki, komandasının üzvlərinə belə güvənmir.
“Bu məlumatı bizimlə söhbətində “Mülki Müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan da təsdiqləyib: “Bəli, görüşdən əvvəl deputatların telefonlarını, eləcə də smart saatlarını əlindən alırlar”, – deyə o bildirib.
Ağazaryan izah edib ki, guya bu, deputatların diqqətinin yayınmaması, müzakirə olunan məsələlərə köklənməsi və TikToka girməməsi üçün edilir.
Deputatın sözlərinə görə, əslində, “Mülki Müqavilənin” deputatları, TikTok həvəskarlarıdır və hətta baş nazirlə görüş zamanı belə bu proqramdan istifadə edirlər.
Amma reallıqda aydındır ki, TikTok-dan əlavə Nikol Paşinyan öz komandasına inanmır və hakim fraksiya deputatları görüşlərdən əvvəl təpədən dırnağa qədər yoxlanılır”, – qəzet yazır.
Günel Mikayılova,
KONKRET.az