Rusiya Daxili İşlər Nazirliyi jurnalist Aleksandr Kuşnarı axtarışa verib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat departamentin axtarış məlumat bazasında yerləşdirilib.
İdarənin saytında yer alan məlumata görə, jurnalist cinayət işi üzrə axtarışa verilib. Söhbətin hansı cinayətdən getdiyi açıqlanmır.
İndi Kuşnar Rusiyada yaşamır. O, özünə məxsus YouTube kanalını idarə edir və çıxışlarında Rusiya hakimiyyətinin apardığı siyasəti sərt tənqid edir. Jurnalist 23 sentyabr 2022-ci ildə fərdi xarici agentlərin reyestrinə daxil edilib.
Burhan,
KONKRET.az