Jurnalistlər Azıx mağarasında olub – YENİLƏNİBbackend

Jurnalistlər Azıx mağarasında olub - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndində olublar, Azıx mağarasını ziyarət ediblər.

KONKRET.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloloji Müxtəlifliyinin qorunması xidmətinin rəisi Firudun Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni hesab olunur: “Burada aşkar olunmuş ibtidai insanın – qadının alt çən sümüyü də bunu sübut edir. Mağarada Paliolit,  Enolit və Tunc dövrlərinə aid tarix nümunələri arxeloji qazıntılar zamanı aşkar olunub. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanıb, 1968-ci ildə qadın alt çənə sümüyü aşkar olunub”.

Onun sözlərinə görə, Xocavənd rayonu işğal olunandan sonra ermənilər tərəfindən mağarada  qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən olunan arxeoloji nümunələr xarici ölkələrə daşınıb: “Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleoantoloji abidədən biri hesab olunur”.

09:10

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına növbəti səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə yollanıb, ərazidə məhv edilmiş təbiət abidəsinə (Şərq çinar ağacı) baxış keçirəcəklər.

O qeyd edib ki, daha sonra Füzulinin Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağına baxış olacaq:

“Səfrər çərçivəsində Füzulinin Qaraməmmədli kəndində 1 hektar sahədə ağac əkiləcək və “Köndələnçay-1 su anbarı”nda balıq buraxılması baş tutacaq.

Bundan başqa, Xocavənd rayonunun Azıx kəndi ərazisində yerləşən Azıx mağarası təbiət abidəsinə və Hadrut qəsəbəsindəki 900 yaşlı Şərq çinarı təbiət abidəsinə baxış keçiriləcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*