Kadırov “məzlum xalqları” qorumaq üçün ordu yaradacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, “məzlum xalqları” “özlərini ən demokratik adlandıran” ölkələrdən qorumaq üçün ordu yaradacaq.
“Son vaxtlar mən yaxşı ordu yaratmaq barədə daha çox düşünürəm. O ordu ki, onlar müxtəlif dövlətlərə gedə bilsin və özlərini ən demokratik adlandıran ölkələrin təcavüz etdiyi xalqları qoruya bilsin”, – Kadırov deyib.
Kadırov izah edib ki, o, dünyanın hər yerindən xüsusi hazırlanmış insanlardan ibarət komanda toplamaq istəyir. Onun fikrincə, bu orduya pul üçün deyil, nizam-intizam naminə ölməyə hazır olan vətənpərvərlər daxil olmalıdır.
Xuraman Etibarlı,
KONKRET.az