Kadırov Rusiyanın Rekordlar Kitabına DÜŞDÜ – FOTObackend

Kadırov Rusiyanın Rekordlar Kitabına DÜŞDÜ - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırov dünyada ən çox sanksiyaya məruz qalan şəxs kimi Rusiyanın Rekordlar Kitabına düşüb.

KONKRET.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq sertifikatı ona Rusiyanın Rekordlar Kitabının baş redaktoru Stanislav Konenko təqdim edib.

Kadırovla bağlı 15 sanksiya tətbiq edilib ki, bu da rekord göstəricidir. Ona həmçinin rekord sayda birbaşa məhdudlaşdırıcı tədbirlərə, qohumlarına və yaxınlarına qarşı sanksiyalara (ümumilikdə 68 belə sanksiya) görə şəhadətnamə verilib.

Kadırov 15 sanksiya nəticəsində rekordçu olub. Həmçinin, Çeçenistan rəhbərinə daha bir rekordu təsdiqləyən sertifikat verilib: dünyada bir şəxsə, onun ailəsinə və tərəfdaşlarına tətbiq edilən ən çox sanksiya məhdudiyyəti.

Burada nəticə 68 sanksiyadır.

Maraqlıdır ki, Kadırov bununla bağlı özünün “qürurlu və xoşbəxt olduğunu” deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Kadırova Daxili Qoşunların general-polkovniki rütbəsi verib.

Рамзан Кадыров (справа) во время получения сертификата Книги рекордов РФ

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*