“Kadırovçu” Ukraynada əsir düşdüyü üçün Kadırovdan ÜZR İSTƏDİ – VİDEObackend

"Kadırovçu" Ukraynada əsir düşdüyü üçün Kadırovdan ÜZR İSTƏDİ - VİDEO

Ukraynadan əsirlikdən qayıdan “kadırovçu” Kadırovdan açıq şəkildə üzr istəyib.

KONKRET.az xəbər verir ki, Ukraynada əsirlikdən sonra Rusiyaya qayıdan “Sever-Axmat” alayının döyüşçüsü Tamirlan Hamidov Ramzan Kadırovdan və Ukraynada döyüşən çeçenlərdən ictimai üzrxahlıq edib.

Hamidov Rusiya Federasiyasının Çeçenistandakı qubernatoruna “xalqın atası” deyə müracət edib.

O, əsir düşmsini sursat çatışmazlığı ilə haqq qazandıra bilməyəcəyini deyib və yenidən cəbhəyə gedəcəyini bildirib. Hamidov Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə keçmiş məhbusların “canlarını verməyə” hazır olduqlarını da vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna ilə Rusiya arasındakı əsir mübadiləsi zamanı 5 “kadırovçu” Rusiyaya təhvil verilib. “Kadırovçular” döyüş zamanı sursatları qalmadığı üçün əsir düşdüklərini bildiriblər.

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna əsirliyindən qayıdan çeçen hərbçilərlə görüşməkdən imtina edib.

“Hesab edirəm ki, çeçen döyüşçünün əsir düşməyə haqqı yoxdur. Bəhanələr fərqli ola bilər, amma nə olursa olsun, döyüşçü başqa seçimi olmadığını göstərməlidir. Bunu da cəbhə xəttinə qayıtmaqla sübut etməlidir”, – deyə Kadırov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*