Kadırov Roma Papasının çeçenlərin qəddarlığı ilə bağlı sözlərinə cavab verib.
KONKRET.az xəbər verir ki, Papa Fransisk bu yaxınlarda Amerikanın “America Magazine” nəşrinə müsahibə verib. Müsahibəsində o, Rusiya ilə Ukrayna arasındakı münaqişəni şərh edib. Papa çeçenləri və buryatları müharibə zonasında “Rusiya qoşunlarının ən qəddar hissəsi” adlandırıb.
Kadırov Roma Papasının çeçenlərin və buryatların qəddarlığı ilə bağlı sözlərinə belə cavab verib:
“Bəli, biz Vətənimizi, dinimizi, xalqımızı qeyrətlə qoruyuruq. Biz düşməni təslim olmağa, vətəndaşlarımızı isə öz müdafiəsinə qalxmağa çağırırıq. Bu qəddarlıqdır?
Döyüşçülərimizin sıralarında bir nəfər də olsun alkoqolik, narkoman yoxdur, hamı dindardır. Və döyüşçülərin hər biri bilir ki, müharibədə şərəf, ləyaqət və hətta düşmənə də hörməti unutmaq olmaz”.
Xuraman Etibarlı,
KONKRET.az