Kadırovun oğlu 10 gün ərzində iki medalla təltif olundubackend

Kadırovun oğlu 10 gün ərzində iki medalla təltif olundu

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov son 10 gün ərzində iki müxtəlif medal alıb. O, Rusiya Milli Qvardiyasının inkişafında “xüsusi xidmətlərinə görə” “Axmat-Krepost” medalı ilə təltif olunub.

KONKRET.az xəbər verir ki, məlumata görə, mükafatı ona “Axmat-Krepost” xüsusi təyinatlı dəstəsinin komandiri Əbdülkərim Kadırov təqdim edib.

Xatırladaq ki, bundan öncə – mayın 12-də Adam Kadırov “Axmat-Qroznıy” xüsusi təyinatlı dəstəsinin yaradılmasının 25 illiyi münasibətilə yubiley medalı ilə də mükafatlandırılmışdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*