Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu 16 yaşlı Adam Kadırov Donetskin fəxri vətəndaşı adına layiq görülüb.
KONKRET.az xəbər verir ki, müvafiq sərəncam şəhər administrasiyasının rəsmi saytında dərc olunub.
Administrasiyanın rəhbəri Nikolay Volkovun imzaladığı sərəncamda Adamın Donetsk və Qroznı arasında mədəni əlaqələrin inkişafına mühüm şəxsi töhfə verdiyi qeyd olunur.
Bundan əlavə, sənəddə Kadırovun oğlunun aktiv vətəndaş mövqeyi olduğu, həmçinin bütün Rusiyada Donetskin imicini artırdığı bildirilir.
Burhan,
KONKRET.az