Kadırovla münaqişədə olan general tutduğu vəzifədən uzaqlaşdırılıb.
KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, general-polkovnik Aleksandr Lapin Mərkəzi Hərbi Dairə komandiri vəzifəsindən azad olunub.
Onu general-leytenant Andrey Mordviçev əvəzləyib.
Xatırladaq ki, ötən ilin payızından Çeçenistan rəhbəri Ramzan Kadırov Lapini fəal şəkildə tənqid etməyə başlayıb. Xüsusən də generalı Limanı təslim etməkdə ittiham edib və “bacarıqsız” adlandırıb.
Xuraman Etibarlı,
KONKRET.az