Kafedə qumar oynayan şəxslər külli miqdarda cərimələndibackend

Kafedə qumar oynayan şəxslər külli miqdarda cərimələndi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində beş nəfər şəxsin qumar oynaması aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin Şirvan şəhər sakinləri Elşən Səfərov, Elxan Mirzəyev, Rauf Nərimanov, Elman İsmayılov və Sabirabad rayon sakini Fuad Hüseynov olduqları müəyyən edilib. Qaydaları pozaraq qumar oynayan beş nəfər, eləcə də kafeni icarə əsasında işlədən şəhər sakini Yaşar Mirzəliyev saxlanılaraq polis şöbəsinə gətiriliblər.

ŞPŞ-də E.Səfərov, E.Mirzəyev, R.Nərimanov, E.İsmayılov və F.Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Şirvan şəhər məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimə olunub.

Obyekti icarə əsasında işlədən Y.Mirzəliyev barəsində isə İstintaq Bölməsində araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*