Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi müsbət istiqamətdə davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə liderinin nümayəndəsi İbrahim Kalın deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Praqada Paşinyanla görüşünün əhəmiyyətini qeyd edib.
“Qarabağ məsələsi həll olunub. İndi əlaqələr üçüncü şəxslər vasitəsilə deyil, birbaşa qurulur. Bu, çox vacibdir”, – deyə Kalın vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az