Kamçatka yarımadasında yenidən zəlzələ baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, 5,7 bal gücündə zəlzələ 54 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 474 km cənubda yerləşib.
Qeyd edək ki, Kamçatkada iyulun 30-da baş verən 8,8 maqnitudalı zəlzələdən sonrakı avterşoklar hələ də davam edir.